Müsavat başqanı İsa Qəmbər Türkiyəyə gedib. Yanvarın 29-da İsa Qəmbər Ankarada Böyük Birlik Partiyasının qurultayında çıxış edib. Bu barədə “Azadlıq” radiosuna Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib. Onun sözlərinə görə çıxışı zamanı diqqəti Fransa parlamenrinin qərarıından sonra Türkiyənin düşdüyü duruma yönəldən Müsavat başqanı deyib ki, bu məsələdə Azərbaycan xalqı türk xalqının yanındadır.
”Azərbaycan dövləti də Türkiyə dövlətinin yanında olmalıdır” deyən İsa Qəmbər tezliklə Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlıq şurasının bu məsələ ilə bağlı içlasınin keçirilməsinin, orada birgə qərarlar verilməsinin və onların həyata keçirilməsinin vacibliyini vurğulayıb.
İsa Qəmbərin həmçinin Türkiyənin siyasi partiya liderləri, ictimai təşkilatlar və media ilə bir sıra görüşləri nəzərdə tutulub.
Modern.az