Modern.az

Gürcüstanda “Kamaz” dərəyə aşdı: 6 nəfər öldü

Gürcüstanda “Kamaz” dərəyə aşdı: 6 nəfər öldü

Aktual

28 İyul 2019, 15:03

Gürcüstanın Tuşeti rayonunda "Kamaz" markalı yük maşınının dərəyə aşması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

 

Modern.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Gürcüstan Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

 

Bu gün aparılan axtarış-xilasetmə əməliyyatı zamanı qəzadan sonra itkin düşənlərdən birinin cəsədi tapılıb. Ərazidə axtarışların davam etdiyi bildirilib.

 

Xatırladaq ki, ötən gün baş verən qəzada kuzovunda 13 nəfər olan "Kamaz" markalı  yük maşını 400 metr yüksəklikdən uçuruma aşıb. Nəticədə 6 nəfər ölüb, beş nəfər yaralanıb. Yaralılar helikopterlə Telavi xəstəxanasına çatdırılıb, onların vəziyyətinin qənaətbəxş olduğu bildirilib. Daha bir nəfərin axtarışı davam etdirilir.

 

Qəzanın texniki nasazlıq səbəbindən baş verdiyi bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı