Modern.az

Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimi keçiriləcək

Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimi keçiriləcək

Aktual

27 Avqust 2019, 10:44

Sentyabrın 2-də Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimi başlayacaq.

 

Bu barədə Modern.az-aAzərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 

Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində və səhra şəraitində keçiriləcək nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi bölmələri və aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları icra edəcəklər.

 

Təlim sentyabrın 6-dək davam edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı