Bu gün axşam saatlarında Sumqayıtda internetin verilməsində problemlər yaşanıb.
Modern.az APA-ya istinadən xəbər verir ki, şəhərin çox hissəsini internetlə təmin edən SNTV provayderinin fəaliyyətində ciddi problemlər yaranıb.
Artıq 3 saatdan çoxdur ki, şəhərin mərkəzi hissələrində, eləcə də bəzi mikrorayonlarında internetin verilməsində fasilə yaranıb. Problemin yaranmasını əsas səbəb kimi texniki qəzanın baş verdiyi göstərilir. SNTV-dən problemin aradan qaldırılması istiqamətində təmir işlərinin aparıldığı bildirilib.