Modern.az

Diaqnostik qiymətləndirmənin keçirilmə tarixi barədə məlumat şəxsi səhifələrə göndərilib

Diaqnostik qiymətləndirmənin keçirilmə tarixi barədə məlumat şəxsi səhifələrə göndərilib

Güncel

19 Dekabr 2019, 18:04

Dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilmə tarixi barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, diaqnostik qiymətləndirmə cari ilin 24-28 dekabr tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında baş tutacaq.

Test imtahanında namizədlərə 90 dəqiqə ərzində psixologiya üzrə 60 test tapşırığı təqdim olunacaq. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək. İmtahana gələn namizədlərdən şəxsiyyəti təsdiq edən sənədin əsli tələb olunacaq.

 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı