Modern.az

Öldürülən generalın yerinə yeni komandan təyin olundu

Öldürülən generalın yerinə yeni komandan təyin olundu

Current

3 Yanvar 2020, 15:29

İranın dini lideri İslam İnqilabı Keşikçilәr Korpusu SEPAH-ın Qüds qüvvәlәrinә yeni komandan tәyin edib. Bu, İranın dini lideri Ayәtulla Seyid Әli Xamneyinin fәrmanında qeyd olunub.

 

Modern.az xəbər verir ki, bu barәdә “Fars” informasiya agentliyi mәlumat verib.

 

İranın dini liderinin fәrmanında bildirilir ki, general Qasim Süleymaninin qәtlә yetirilmәsindәn sonra, general İsmayıl Qaani Qüds qüvvәlәrinin komandanı tәyin olunur.

 

Fәrmanda deyilir ki, SEPAH-ın ali komandanlarından olan Qaani Süleymani ilә birlikdә uzun illәr regionda xidmәt edib.

İsmayıl Qaani Süleymaninin Qüds qüvvәlәrindәki rәis әvәzi idi.

 

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının ABŞ tərəfindən raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı