Modern.az

Parlament seçkilərinə görə Azərbaycan çempionatının oyunları təxirə salındı

Parlament seçkilərinə görə Azərbaycan çempionatının oyunları təxirə salındı

Current

6 Fevral 2020, 16:30

Kişi basketbolçular arasında Azərbaycan Superliqasının XVI turu təxirə salınıb.

 

Modern.az xəbər verir ki, Azərbaycan Basketbol Federasiyasından (ABF) apasport.az saytının verilən məlumata görə, buna fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilər səbəb olub.

 

Fevralın 7-də və 8-də keçirilməli olan görüşləri qəbul edən Azərbaycan Texniki Universitetinin idman zalında bir sıra tədbirlər nəzərdə tutulub. Buna görə də arenada oyunların keçirilməsi mümkün olmayacaq. 

 

Bunu nəzərə alan ABF görüşləri qeyri-müəyyən vaxta təxirə salınsın. Turun nə vaxt keçiriləcəyi bu günlərdə açıqlanacaq. 

 

Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasında da eyni hal yaşanmışdı. Lakin PFL görüşləri bir gün önə çəkmişdi. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı