Modern.az

Koronavirusa görə Azərbaycan İranla sərhəddə nəzarəti GÜCLƏNDİRİLDİ

Koronavirusa görə Azərbaycan İranla sərhəddə nəzarəti GÜCLƏNDİRİLDİ

مورد توجه

22 Fevral 2020, 14:41

Son vaxtlar Çin Xalq Respublikasında aşkarlanan, dünyanın bir sıra ölkələri ilə yanaşı, qonşu İran İslam Respublikasında da müşahidə olunan koronovirus epidemiyasına qarşı həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində ölkəmizin gömrük-sərhəd keçid məntəqələrində nəzarət tədbirləri daha da gücləndirilib.

 

Bu barədə Modern.az-a Gömrük Komitəsindən bildirilib. 

 

Belə ki, İran İslam Respublikasından ölkə ərazisinə daxil olan şəxslərin bədən hərarəti ölkə sərhədini keçən anda, inzibati binaya daxil olmadan portativ termometrlərlə yoxlanılır. Bu məqsədlə gömrük-sərhəd keçid məntəqələri əlavə 20 ədəd portativ termometrlə təchiz olunub. Eyni zamanda, təcili tibbi yardım avtomobilləri birbaşa postların ərazisinə cəlb olunub və 24 saat növbəli rejimdə fəaliyyət göstərirlər.

 

Bundan başqa, Səhiyyə Nazirliyi və TƏBİB-in əməkdaşları gömrük-keçid məntəqələrində həyata keçirilən profilaktik tədbirlərlə əyani şəkildə tanış olublar və aşkar olunan riskli hallarda birgə fəaliyyətin koordinasiya edilməsi məsələləri müzakirə edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı