Modern.az

İbrahimoviç Avro-2020-ni buraxacaq

İbrahimoviç Avro-2020-ni buraxacaq

Current

15 May 2021, 19:25

İsveç millisinin və "Milan"ın futbolçusu Zlatan İbrahimoviçin Avro-2020-də iştirak edə bilməyəcəyi dəqiqləşib.

 

Modern.az xəbər verir ki, bu barədə İsveç Futbol Federasiyası məlumat yayıb. 39 yaşlı hücumçunun A seriyasının 35-ci turunda "Yuventus"la matçda (3:0) aldığı zədəyə görə Avropa çempionatını buraxacağı bildirilib.

 

Qeyd edək ki, Avropa çempionatı 11 iyun - 11 iyul tarixlərində keçiriləcək. İsveç millisi İspaniya, Polşa və Slovakiya ilə eyni qrupda oynayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı