Modern.az

Təhsildən yayınan 250 nəfərə attestat verildi

Təhsildən yayınan 250 nəfərə attestat verildi

Aktual

10 İyun 2021, 11:12

250 nəfər eksternat imtahanları vasitəsilə attestat almağa müvəffəq olub.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-a verilən məlumata görə, müxtəlif səbəblərdən əvvəlki illərdə ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün 2020-2021-ci tədris ilində təşkil edilən onlayn eksternat imtahanlarında ümumilikdə 316 nəfər iştirak edib.

 

Onlardan 250 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı