Modern.az

Ukraynada qaçqınların sayı açıqlandı

Ukraynada qaçqınların sayı açıqlandı

Aktual

Bu gün, 16:55

Ukraynada müharibə nəticəsində milyonlarla insan evsiz qalıb və parlament ilk günlərdən kompensasiya mexanizmlərinin yaradılması istiqamətində fəaliyyətə başlayıb.

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Parlamentarilər: Şəhər öhdəliklərinin milli fəaliyyətə çevrilməsi - hamı üçün mənzilə aparan parlament yolu” adlı dəyirmi masada Ukrayna Ali Radasının Dövlət Hakimiyyətinin Təşkili, Yerli Özünüidarəetmə, Regional İnkişaf və Şəhərsalma Komitəsinin sədri Olena Şulyak bildirib.

O qeyd edib ki, müharibə nəticəsində 70 milyon kvadratmetr yaşayış sahəsi dağılıb, 6 milyon nəfər ölkədən kənara köçüb, 5 milyon nəfər isə məcburi köçkünə çevrilib:

“Müharibənin ilk günlərində parlament kompensasiya mexanizmlərini təqdim etdi və 900 mindən çox ailə mənzil əldə edə bildi”.

Nümayəndə bildirib ki, əvvəlcə daxili fondlar artırılıb, daha sonra beynəlxalq maliyyə dəstəyi cəlb olunub:

“Təəssüf ki, ilkin mərhələdə siyasət köhnə standartlara əsaslanırdı. Daha sonra yeni mənzil siyasəti qaydalarını müzakirə etməyə başladıq və müasir standartlara uyğun sosial yaşayış modelləri formalaşdırırıq”.

Onun sözlərinə görə, hökumət daxilində məsuliyyət müxtəlif qurumlar arasında bölüşdürülüb və əsas prioritetlər təhlükəsizlik, əlçatanlıq və dayanıqlılıqdır.

O.Şulyak Ukraynada sığınacaqlara xüsusi diqqət ayrıldığını da vurğulayıb:

“Yeraltı məktəblər və parklar sığınacaq funksiyası daşıyır. Təəssüf ki, bu bizim reallığımızdır və ölkəmiz bizdən bunu etməyi tələb edir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı