Yanvar-iyul aylarında ölkədə 940 ədəd və ya ötən ilin müvafiq dövrünə nisbətən 134 ədəd az minik avtomobili istehsal olunub.
Dövlət Statistika Komitəsindən Modern.az-a bildirilib ki, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 172,4 milyon manatlıq məhsul istehsal edilib. 2020-cu ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 4,8 dəfə artıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 47,8 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 71,3 faiz azalıb.