Modern.az

BMT köçkünlərlə bağlı kitab çap edib

BMT köçkünlərlə bağlı kitab çap edib

Current

21 Noyabr 2012, 15:49

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Azərbaycan Hüquqşünasları Konfederasiyası “Vətəndaşlıq haqqında beynəlxalq sənədlər toplusu” adlı kitab çap etdirib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığı və Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) arasında bağlanan qrant müqaviləsi əsasında “Vətəndaşlıq haqqında beynəlxalq sənədlər toplusu” adlı kitab çap olunub.

Hazırlanmış bu hüquqi-normativ aktlar toplusu ümumilikdə gündəlik fəaliyyətləri zamanı qaçqınlar, sığınacaq axtaran şəxslər, məcburi köçkünlər və vətəndaşlığı olmayan şəxslərlə iş, eləcə də miqrasiya sahəsində çalışan hökumət orqanlarının əməkdaşları və hakimlər üçün nəzərdə tutulub.

Bundan başqa, toplu həmçinin qeyd olunan sahə üzrə tədqiqat aparan hüquqşünas alimlər, tələbələr və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün faydalı hesab edilir.

Topluda “Vətəndaşsızlıq hallarının azaldılması haqqında Konvensiya”, “Apatridlərin statusu haqqında Konvensiya”, “Ərdə olan qadının vətəndaşlığı haqqında Konvensiya”, “Vətəndaşlıq haqqında Avropa Konvensiyası”, “Vətəndaşlıq haqqında Avropa Konvensiyasına dair izahedici hesabat” bölümləri bölümlərində müvafiq zəruri məlumatlar yer alıb.

Toplunun məsləhətçiləri Hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin Hüquq şöbəsinin müdir müavini Bela İsmayılovadır. Layihənin rəhbəri Hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Hüquqşünasları Konfederasiyasının Baş katibi Nadir Adilov, nəşrə məsul şəxs Azərbaycan Hüquqşünasları Konfederasiyasının İnzibati işlər üzrə katibi Əli Fərzəliyevdir.

Kitab 500 tirajla çap edilib.

Qeyd edək ki, kitab pulsuz yayılır. Kitabi əldə etmək istəyənlər Azərbaycan Hüquqşünasları Konfederasiyasının ofisinə müraciət edə bilərlər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı