Modern.az

Dindarların həbsi ilə bağlı rəsmi AÇIQLAMA

Dindarların həbsi ilə bağlı rəsmi AÇIQLAMA

Aktual

26 Noyabr 2012, 11:20

“Dindarların saxlanılması ilə bağlı bizdə məlumat yoxdur”. Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Nazirlikdən verilən xəbərə görə, dünən Aşura günündə Gəncədə 40-a yaxın dindarın saxlanılması və onlara təzyiqlərin göstərilməsi haqda onlarda hər hansı məlumat yoxdur.

Qeyd edək ki, dünən Azərbaycanda keçirilən Aşura günündə bölgələrdə aparılan reydlər zamanı xeyli sayda dindarın saxlanılması haqda məlumat yayılıb. Mətbuatda yer alan məlumatlara görə, Gəncə şəhərində 200-ə yaxın dindarın Tasua günü ilə əlaqədar yürüş keçirmək istəsələrdə polis dindarlara müdaxilə edib. Həmçinin bildirilib ki, Gəncənin Şah Abbas Məscidinin önündə toplaşan dindarlara polis əməkdaşları tərəfindən fiziki təzyiq göstərilib və 40-a yaxın dindar saxlanılaraq polis bölməsinə aparılıb.  

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı