Modern.az

Yuşşenko, Yanukoviç və Kuçma azərbaycanlı şəhidləri yad edib

Yuşşenko, Yanukoviç və Kuçma azərbaycanlı şəhidləri yad edib

Current

26 Noyabr 2012, 12:51

Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) təşkilatçılığı ilə bu ölkədə yaşayan azərbaycanlılar prezident Viktor Yanukoviç ilə birgə paytaxt Kiyevdə ukraynalıların milli faciəsi olan "Qolodomor" qurbanlarını yad ediblər. Modern.az-ın məlumatına görə, bu barədə UAK-ın sədri Rövşən Tağıyev bildirib.

Tədbirdə Prezident Viktor Yanukoviç ilə yanaşı Ukraynanın hər üç eks-prezidenti- Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko da iştirak edib. Mərasimdə UAK sədri R.Tağıyev “Ukraynada aclıq qurbanlarının xatirə memorialı” üzərinə Azərbaycan diasporasının adından əklil qoyub və prezidentin, eks- prezidentlərin iştirakı ilə keçirilən tədbirdə “Qolodomor”un baş verdiyi repressiya illərində Azərbaycanda da baş verənlər xatırlanıb. Faciənin baş verdiyi Stalinizm dövründə Ukrayna və digər post sovet ölkələri ilə yanaşı Azərbaycanda da verilən qurbanlar yad edilib. R.Tağıyev onu da qeyd edib ki, ölkə tarixində ilk dəfə olaraq dövlət başçısı Viktor Yanukoviç və eks prezidentlər Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko birgə anım mərasimində iştirak ediblər.

Qeyd edək ki, bu günlər Ukraynada SSRİ-nin o vaxtkı rəhbəri İ.V.Stalin tərəfindən törədilən 1932-1933-cü illərdə milyonlarla adamın həyatına son qoyan böyük aclığın qurbanlarının xatirəsini yad edilir. Xatırladaq ki, 1932-1933-cü il aclığı SSRİ-nin əsas taxılçılıq rayonlarını - Ukrayna, Şimali Qafqaz, Aşağı və Orta Volqaətrafı, Qazaxıstan, Qərbi Sibir, Cənubi Uralı əhatə edib. Müxtəlif məlumatlara görə, aclıdan 7-8 milyon adam ölüb. Onlardan 3-3,5 milyonu Ukraynada, 2 milyonu Qazaxıstan və Qırğızıstanda, 2-2,5 milyon nəfəri isə Rusiyada aclığın qurbanı olub. Səbəb Stalinin bu bölgələrdə yaşayan qüvvələrin etiraz dalğasını aclıq metodu ilə boğmaq olub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı