Modern.az

Rövnəq Abdullayevlə jurnalistin məhkəmə çəkişməsindən yeni xəbər

Rövnəq Abdullayevlə jurnalistin məhkəmə çəkişməsindən yeni xəbər

Актуально

10 Dekabr 2012, 10:07

“Ayna” qəzetinin əməkdaşı İdrak Abbasov ARDNŞ prezidenti Rövnəq Abdullayevi bu həftə məhkəməyə verəcək. Bu barədə Modern.az-a məlumat verən jurnalist bildirib ki, vəkil Xalid Bağırov iddia ərizəsini hazırlayıb və tezliklə  məhkəməyə təhvil verəcək.

“Vəkil Xalid Bağırov artiq iddia ərizəsini hazirlayib. İddia ərizəsinin mhkəməyə təqdim edilməsi üçün bir-iki texniki xarakterli məsələ qalıb. Yəqin ki, bu həftə ərzində məsələlər də həllini tapacaq və iddia ərizəsi məəhkəməyə təqim olunacaq”, - deyə vurğulayan İ.Abbasov bildirib ki, qarşı tərəfdən məsələ ilə bağlı onunla əlaqə saxlayan olmayıb.

Qeyd edək ki, ARDNŞ prezidenti Rövnəq Abdullayev “BBC Azərbaycanca”ya verdiyi müsahibədə İdrak Abbasovu Sulutəpədə qanunsuz olaraq torpaq alveri ilə məşğul olmaqda ittiham edib. R.Abdullayev jurnalistlə bağlı əlində faktların olduğunu bildirib.
İrdak Abbasov isə bunu təkzib edərək ARDNŞ prezidentini məhkəməyə vermək niyyətindədir.

Anar RÜSTƏMOV
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı