Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi tərəfindən psixoloqların peşə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə tədris proqramında nəzərdə tutulan kurs başa çatıb.
Nazirlikdən Modern.az-a bildirilib ki, kursda əsas diqqət hərbi qulluqçuların psixoloji vəziyyətinin qiymətləndirilməsi, hərbi kollektivlərdə sosial-psixoloji proseslərin, o cümlədən müharibədən sonrakı psixoloji proseslərin öyrənilməsi məsələlərinə yönəldilib.
Tədbirin sonunda kursu bitirən zabitlər təbrik edilib, onlara gələcək xidmətlərində uğurlar arzulanıb.