“Bu il münaqişə ocaqları olan Suriya və İraqdan 69 uşaq, 12 qadının yeri müəyyən olunaraq ölkəyə gətirilib”.
Modern.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının xarici siyasət sahəsində ilin yekunlarına dair mətbuat konfransında deyib.
“Xaricdə yaşayan vətəndaşlarımızın problerini həll etmək bizim əsas fəaliyyət istiqamətlərimizdən biridir. Ölkəyə gəldikdən sonra müvafiq qurumlar tərəfindən onlara hər bir köməklik göstərilib”.