Modern.az

Ali Neft Məktəbində seçkilər keçirilir

Ali Neft Məktəbində seçkilər keçirilir

Aktual

28 Dekabr 2012, 17:31

Ali Neft Məktəbində tələbələrin özünüidarəetmə qurumu yaradılıb. Quruma sədrin seçilməsi üçün səsvermə aparılır. Modern.az-ın məlumatına görə, bu gün Ali Neft Məktəbində tələbələrin özünüidarəetmə qurumuna sədr seçiləcək.

  Bu gün keçirilən tədbirdə gənclər, idman və turizm nazirinin müavini İntiqam Babayev, millət vəkili Ceyhun Osmanlı, Ali Neft Məktəbinin rektoru Elmar Qasımov iştirak edib. Onlar çıxış edərək məktəbdə yaradılan tələbələrin özünüidarəetmə qurumunun əhəmiyyətindən danışıblar.   Nazir müavini İntiqam Babayev çıxış edərək bildirib ki, belə bir qurumun yaradılması yeni yaranmış təhsil ocağı üçün uğurlu bir addımdır.   Millət vəkili Ceyhun Osmanlı isə Ali Neft Məktəbinin yaradılmasının prezidentin irəli sürdüyü neft kapitalının insan kapitalına çevrilməsi siyasətinin məhsullu adlandırdı. O, bildirib ki, elə bu səbəbdən də Azərbaycan bu ali məktəbin tələbələrdən gözlədiyi missiyalar çoxdur.  

Hazırda Ali Neft Məktəbində tələbələrin özünüidarəetmə qurumuna sədr seçilməsi üçün səsvermə keçirilir.  

Aqşin Kərimov
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı