Modern.az

Türkiyə parlamenti Şuşa Bəyannaməsini TƏSDİQLƏDİ

Türkiyə parlamenti Şuşa Bəyannaməsini TƏSDİQLƏDİ

Aktual

4 Fevral 2022, 00:47

Türkiyə Böyük Millət Məclisi “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsini təsdiqləyib.

 

Modern.az xəbər verir ki, TBMM-nin sədri Mustafa Şentopun imzası ilə Xarici İşlər Komissiyasında müzakirəyə çıxarılan Şuşa Bəyannaməsi həmin komissiya tərəfindən yüksək dəyərləndirilib və zəruri tarixi sənəd kimi parlamentin müzakirəsinə təqdim olunub.

 

Daha sonra Şuşa Bəyannaməsinin təsdiqi ilə bağlı TBMM-də səsvermə keçirilib. Qanun layihəsinin lehinə 266 deputat səs verib.

 

Qeyd edək ki, Azərbaycan Milli Məclisi Şuşa Bəyannaməsini fevralın 1-də təsdiqləmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı