Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 276 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2457, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1632, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 28 187 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 218 555, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 248 382, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 752 395, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 2 217 778 təşkil edir.
