Modern.az

Tehranın “qırmızı xətti” Ermənistan sərhədidir - İranlı deputat

Tehranın “qırmızı xətti” Ermənistan sərhədidir - İranlı deputat

Current

10 Fevral 2022, 08:57

Tehranın “qırmızı xətləri” Ermənistan sərhədinin toxunulmazlığı ilə bağlıdır və bu məsələdə heç nə dəyişməyib.

Modern.az xəbər verir ki, bunu Ermənistan mətbuatına İran parlamentinin erməni əsilli deputatı Robert Beqlaryan deyib.

O əlavə edib ki, bu "qırmızı xətləri" elan edən İranın diqqəti və sayıqlığı regiona pərçimlənib.

Beqlaryan izah edib ki, İran siqnalları Azərbaycana, ola bilsin ki, Türkiyəyə çatdırmaq istəyir və o da bunu dilə gətirib.

“Azərbaycanla İran arasında münasibətlərin hazırkı aktivləşməsi təbii prosesdir və Ermənistan-İran münasibətlərinə mane ola bilməz və olmamalıdır”, - o vurğulayıb.

Deputat İrəvan və Tehrandan asılı olan Ermənistanla İran arasında münasibətlərin intensivləşdirilməsinin vacibliyini qeyd edib.

“Ermənistan və İran üçün böyük əhəmiyyət kəsb edən məsələləri gündəmdə saxlamaq vacibdir. Bu, iqtisadi sahəyə də, siyasi sferaya da, təhlükəsizlik sahəsinə də aiddir”, - deyə o əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı