Modern.az

Azərbaycan səfirliyi Arayikin Rusiya səfərinə münasibət bildirdi

Azərbaycan səfirliyi Arayikin Rusiya səfərinə münasibət bildirdi

Aktual

10 Fevral 2022, 15:26

"Özünü qondarma “Artsaxın prezidenti” kimi təqdim edən Arayik Arutyunyanın Moskvaya “işgüzar səfər” etməsi və burada Rusiyanın vəzifəli şəxsləri ilə görüşlər keçirməsinə dair bir sıra erməni KİV-də yayılmış xəbərlərlə bağlı aşağıdakıları bildiririk".


Bu barədə Modern.az-a Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.


"Əldə etdiyimiz rəsmi məlumata əsasən, adıçəkilən şəxs Moskvaya şəxsi işləri ilə əlaqədar gəlmiş və burada bəzi soydaşları ilə görüşmüşdür.

Qısamüddətli səfər zamanı Rusiyanın heç bir dövlət qurumunun nümayəndəsi tərəfindən qəbul edilməmişdir.

Səfirlik bir daha qeyd edir ki, bu kimi məlumatların erməni mətbuatında yayılması təxribat xarakteri daşıyır və həqiqəti əks etdirmir", - məlumatda qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı