Modern.az

Yollar buz bağlayacaq - Sürücülərə XƏBƏRDARLIQ

Yollar buz bağlayacaq - Sürücülərə XƏBƏRDARLIQ

Aktual

11 Fevral 2022, 14:10

Fevralın 12-nə avtomobil yollarındakı vəziyyət açıqlanıb.

 

Modern.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, fevral ayının 12-də gecə və səhər saatlarında Bakı-Quba, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Quba-Xaçmaz, Quba-Qusar, Masallı-Yardımlı,

 

Lənkəran-Lerik, Şəmkir-Gədəbəy, Ağdam-Ağdərə, Füzuli-Cəbrayıl-Mahmudlu, Ucar-Zərdab-Ağcabədi, Göyçay-Ucar,

 

Gəncə-Daşkəsən, Gəncə-Samux, Hacıqabul-Şirvan, Salyan-Neftçala, Bərdə-İstisu, Ağsu-Kürdəmir-Bəhramtəpə,

 

Xankəndi-Xocavənd, Həkəri-Zəngilan, Qubadlı-Xanlıq, Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli, Xaldan-Mingəçevir, Naxçıvan-Sədərək magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacaq. 

 

Gecə və səhər dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı