Modern.az

ABŞ-da dərman qalmaqalı

ABŞ-da dərman qalmaqalı

Aktual

13 Fevral 2022, 15:12

“Blaine Labs” şirkəti tərəfindən istehsal edilən, yaraların işlənməsi üçün nəzərdə tutulan “RevitaDerm” gelinin bir partiyasında “Bacillus cereus” bakteriyaları aşkar ediləndən sonra şirkət həmin partiyaya aid preparatın geri çağırılmasını elan edib.

 

Modern.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu preparatın geri çağırılması ABŞ Qida Məhsullarının və Dərmanların Keyfiyyətinə Sanitar Nəzarəti İdarəsi ilə birgə elan edilib.

 

“RevitaDerm Wound Care Gel” preparatı kəsiklərə və sıyrıntılara qarşı antibakterial vasitə kimi istifadə edilmək üçün nəzərdə tutulur. Məhsul 1,0 unsiyalıq butulkalarda və 3,0 unsiyalıq tübiklərdə buraxılır.

 

Şirkət preparatı 17 ştatda 60 həkim arasında yayıb. Geri çağırılma yalnız BL2844 partiyasına aiddir. Bu partiyaya aid preparatların yararlılıq müddəti 2023-cü il fevralın 19-da başa çatacaq. Geri çağırılmış məhsuldan istifadə edən insanlar “Bacillus cereus” bakteriyalarına yoluxmağa risk edirlər. 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı