Modern.az

Əli Əsədov Qaribaşvililə müzakirə apardı

Əli Əsədov Qaribaşvililə müzakirə apardı

Current

14 Fevral 2022, 14:20

Fevralın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında  telefon danışığı olub.

 

Nazirlər Kabinetindən (NK) Modern.az-a verilən məlumata görə, telefon danışığı zamanı Gürcüstanda baş vermiş zəlzələ ilə bağlı narahatçılıq və həmrəylik ifadə edilib.

 

Eyni zamanda Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı