Ermənistandan olan bir qrup müharibə iştirakçısı Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına və azərbaycanlı deputatların İrəvana səfərinə etiraz olaraq, aksiya keçiriblər.
Modern.az xəbər verir ki, aksiya iştirakçıları “Zvartnots” hava limanına gedən yolu bağlayıblar.
“Biz türklərlə dost olmayacağıq, oğullarımızın qanını unutmamalıyıq. Türkiyə ilə uçuşlar olmamalıdır”,- deyən aksiya iştirakçıları əslində sülhə qarşı olduqlarını nümayiş etdiriblər.