Modern.az

Azərbaycan - Rusiya münasibətləri daha da möhkəmlənir

Azərbaycan - Rusiya münasibətləri daha da möhkəmlənir

Current

23 Fevral 2022, 15:42

Azərbaycanın Rusiya ilə əlaqələri yüksələn xətlə inkişaf edir. İki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan möhkəm dostluq münasibəti formalaşıb. Azərbaycan və Rusiya arasındakı bugünkü münasibətlər hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsidir. İkitərəfli əməkdaşlığı hərtərəfli möhkəmlətmək əzmi sayəsində dövlətlərarası qarşılıqlı əlaqələrin geniş palitrası ilbəil yeni genişmiqyaslı layihələr və təşəbbüslərlə zənginləşir.

 

Münasibətlərdə daha bir ciddi addım 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamənin imzalanması oldu. 43 bənddən ibarət olan “Moskva Bəyannaməsi”  Azərbaycan və Rusiya arasındakı  münasibətləri keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəldəcək. Sənəddə təhlükəsizlik, siyasət, iqtisadiyyat, humanitar sahədə əməkdaşlıqla bağlı bir çox vacib məsələlər öz əksini tapıb.

 

Ən mühüm məsələlərdən biri dövlətlərin bir-birinin suverenliyinə, müstəqilliyinə hörmət etməsinin, bir dövlətin ərazisindən digər dövlətə qarşı istifadəyə icazə verməməsinin Bəyannamədə əksini tapmasıdır.

 

Azərbaycanla Rusiya arasında müttəfiqlik Ermənistana böyük zərbədir. Rusiya-Azərbaycan münasibətlərinin bundan sonrakı uğurlu inkişafı regional sabitliyin və təhlükəsizliyin qorunub saxlanılmasına, Cənubi Qafqazda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsinə, xalqlarımızın əsaslı maraqlarının reallaşmasına öz müsbət təsirini göstərəcək. Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən biridir. Rusiyada milyonlarla azərbaycanlı yaşayır, işləyir.

 

Bu baxımdan bölgədə yaranmış gərginlik fonunda Prezident İlham Əliyev Azərbaycanı regionda və dünyada baş verə biləcək təhlükələrdən qorumaq üçün növbəti uğurlu diplomatik addım atdı.

 

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı