Modern.az

“Atletiko” evdə, “Ayaks” səfərdə qələbəni əldən verdi

“Atletiko” evdə, “Ayaks” səfərdə qələbəni əldən verdi

Aktual

24 Fevral 2022, 07:05

Futbol üzrə UEFA Çempionlar Liqasında səkkizdəbir mərhələsinin ilk görüşlərinə yekun vurulub.

 

Modern.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib.

 

Gecənin maraqla gözlənilən matçı İspaniyada Madrid "Atletiko"su ilə İngiltərənin "Mançester Yunayted" komandası arasında olub. "Vanda Metropolitano" stadionunda keçirilən görüş heç-heçə başa çatıb. 

 

Digər matçda Niderland "Ayaks"ı Portuqaliyada "Benfika" ilə qarşılaşıb. "Eştadiu du Benfika" stadionunda baş tutan görüşdə də qalib müəyyənləşməyib - 2:2. 

 

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşmaları martın 15-də keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı