Latviya Rusiyadakı səfirini geri çağırıb və bu ölkənin vətəndaşlarına vizaların verilməsini dayandırıb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Edqar Rinkeviç məlumat yayıb.
XİN başçısı Latviyanın Rusiyadakı səfiri Maris Riekstinsi məsləhətləşmələr üçün Riqaya geri çağırdığını bildirib.
O, həmçinin Rusiya vətəndaşlarına Latviya vizalarının verilməsini dayandırmaq qərarına gəldiyini açıqlayıb.