Modern.az

Sağalanlar yenə yoluxanları üstələdi - 28 ölü

Sağalanlar yenə yoluxanları üstələdi - 28 ölü

Current

25 Fevral 2022, 18:38

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 210 yeni yoluxma faktı qeydə alınıb, 3 851 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 782 748 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 757 892 nəfər müalicə olunaraq sağalıb, 9 358 nəfər vəfat edib. 15 498 nəfər aktiv xəstə sayını təşkil edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 978, bu günə qədər isə ümumilikdə 6 531 133 test icra olunub.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı