Modern.az

Xarkovada rus qoşunları darmadağın edildi

Xarkovada rus qoşunları darmadağın edildi

مورد توجه

27 Fevral 2022, 16:06

Bu gün səhər saatlarında Xarkova girən Rusiya işğalçı qüvvələri cəmi bir neçə saat ərzində Ukrayna Silahlı Qüvvələrinin və ərazi özünümüdafiə dəstələrinin qüvvələri tərəfindən darmadağın edilib.

 

Modern.az xəbər verir ki, “Tiqr” yüngül zirehli transportyorlarının və digər texnikanın dəstəyilə şəhərə daxil olan elit Rusiya bölmələri ilə küçə döyüşlərinə girən ukraynalı döyüşçülər onları böyük itkilərə məruz qoyublar və tamamilə geri oturdublar.

 

Bu haqda hazırda Xarkovda olan azərbaycanlı jurnalist Eynulla Fətullayev bildirib.

 

“Hazırda şəhərin küçələrində Rusiya ordusunun məhv edilmiş xeyli hərbi texnikası var, onlar pərən-pərən salındılar və geri qaçmalı oldular. Ukrayna ordusu çox şücaətlə döyüşür, yeni nəsil müharibə taktikası tətbiq edir”, - o deyib.

 

Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequb da özünün Telegram kanalında şəhərin işğalçılardan tamamilə təmizləndiyini yazıb. Onun sözlərinə görə, şəhəri işğalçılardan Ukrayna Silahlı Qüvvələri, Milli Qvardiya və ərazi özünümüdafiə dəstələri təmizləyib.

 

“Düşmən tamamilə demoralizə edilib. Bilavasitə Xarkovda, yolun ortasında öz hərbi texnikalarını atıb qaçıblar, Hətta bir Ukrayna döyüşçüsü görəndə belə təslim olurlar”,- vilayət rəhbəri bildirib.

 

Sinequb qeyd edib ki, hazırda düşmən Lipetsk, Volçansk və Belqorod istiqamətlərində hücuma cəhd edir:

 

“Rusiya texnikasının ayrı-ayrı kalonlar şəklində hərəkətini qeydə alırıq. Ukrayna Silahlı Qüvvələri öz mövqelərindədir və fəal mübarizə aparırlar”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı