Beynəlxalq futbol oyunlarında Rusiyanın bayrağı və dövlət himninin istifadəsi qadağan edilib.
Modern.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyası Assosiasiyası (FİFA) qərar verib.
Qeyd edilir ki, indi Rusiyanın futbol komandası oyunlarda neytral statusda iştirak edə biləcək.
Federasiya, həmçinin Rusiyada milli komandaların futbol oyunlarına qadağa qoyub və Rusiya millisi ev oyunlarını neytral meydanda və tamaşaçısız keçirəcək.