Modern.az

“Ukraynaya silah göndərilsə də, nəticə dəyişməyəcək” - GENERAL

“Ukraynaya silah göndərilsə də, nəticə dəyişməyəcək” - GENERAL

Aktual

6 Mart 2022, 09:24

“Əgər Qərb Ukrayna üçün yardım etmək niyyətindədirsə, artıq gecdir. Çünki bundan sonra yardımlar nəticəyə təsir etməyəcək. Yəni Avropa Birliyindən və ya NATO-dan hərbi yardım gələrsə, bunun Ukraynaya çatması müşkül məsələdir. Artıq Ukraynanın ordusu dağılmış vəziyyətdədir, ruslar Kiyevə qədər gedib çatıblar. Onlara silah göndərsən də, artıq əllərinə çatması mümkün deyil. Buna görə də deyə bilərik ki, Ukrayna artıq Rusiyanın qucağına buraxılıb. Bunu da Qərb edib”.

 

Bu sözləri Modern.az-a özəl açıqlamasında Türkiyə ordusunun təqaüddə olan kontr-admiralı Cihad Yaycı deyib.

 

Generalın sözlərinə görə, indiki mərhələdə Türkiyə müharibənin danışıqlar yolu ilə bitməsinin tərəfdarıdır:

 

“Müharibə edən iki tərəflə Türkiyənin yaxşı əlaqələri var. Türkiyə siyasi müstəvidə tərəfsiz mövqeyini davam etdirmək niyyətindədir, lakin Ukraynanın işğal ediləməsinə qarşıdır, ölkənin suverenliyinə hörmətlə yanaşır və bunu dəstəkləyir. Eyni zamanda, Türkiyə müdafiə sahəsində inkişaf etmiş ölkədir və istehsal etdiyi məhsulları bütün ölkələrə sata bilər.

 

Hazırda Ukrayna tərəfindən Türkiyə istehsalı olan “Bayraktar”lardan istifadə olunur. Bu, normal haldır. Ukraynaya satılan silahlar Türkiyənin tərəfsizliyini pozmaz. Eyni zamanda, Rusiyanın da buna görə Türkiyəyə düşmən olmasına gərək yoxdur. Hazırkı müharibədə Ukrayna Rusiyaya qarşı rus silahlarından da istifadə edir”.

 

 

C. Yaycı bildirib ki, eyni zamanda Qara dənizdə boğazın bağlanması məsələsinə də aydınlıq gətirilməlidir:

 

““Montrö” anlaşmasını Türkiyə aydın şəkildə yerinə yetirir. 19-cu maddədə qeyd edilir ki, müharibə vəziyyətində savaş gəmilərinə boğaz bağlanmalıdır. Ukraynanın BMT-yə müraciəti nəticəsində Türkiyə əməliyyatların müharibə olduğuna qərar verib. Amma Türkiyənin qərarının müharibəyə aidiyyatı yoxdur. Çünki müharibədən əvvəl də Rusiya 19-cu maddəni aydın bilirdi, onu bilə-bilə gəmiləri Qara dənizə gətirmişdi. Həmçinin, Ukraynanın da o qədər güclü dəniz qüvvələri yoxdur. Ortada dəniz müharibəsindən söhbət getmir. Qara dənizdə təhlükəsizliyin təminatı Türkiyədən asılıdır. Tarix boyu bu belə olub”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı