Modern.az

Fransa XİN başçısı: “Ukrayna qalib gələcək”

Fransa XİN başçısı: “Ukrayna qalib gələcək”

مورد توجه

7 Mart 2022, 14:00

Fransanın xarici işlər naziri Jan-İv Le Drian Ukraynanın Rusiya ilə müharibədə qalib gələcəyinə inandığını bildirib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa xarici siyasətinin rəhbəri mübarizədən Ukraynanın qalib çıxacağını söyləyib.

 

“Hesab edirəm ki, Ukrayna qələbə qazanacaq. Artıq on gündür ki, ən diqqətçəkən məsələ ölkənin hətta ekspertlərin belə təsəvvür edə bilmədiyi miqyasda müqavimət göstərməsidir”, - deyə Le Drian bildirib.

 

Nazir qeyd edib ki, müharibənin əvəzi Rusiya üçün dözülməz olacaq. Le Drian, həmçinin Qərbin Rusiyaya sanksiyalarının uzunmüddətli perspektivdə onu gələcək təcavüzdən çəkindirəcəyinə əmin olduğunu qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı