Modern.az

NATO-nun müdafiə nazirləri TOPLAŞIR

NATO-nun müdafiə nazirləri TOPLAŞIR

Aktual

9 Mart 2022, 08:07

NATO ölkələrinin müdafiə nazirləri martın 16-da Şimali Atlantika Şurasının videokonfrans vasitəsilə növbədənkənar iclasını keçirəcəklər.

 

Modern.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

 

"Martın 16-da Şimali Atlantika Şurasının müdafiə nazirləri səviyyəsində planlaşdırılmamış iclası keçiriləcək. Nazirlər təhlükəsiz telekonfrans vasitəsilə danışıqlar aparacaqlar", - açıqlamada deyilir.

 

Bundan əlavə, görüşdə müzakirə ediləcək məsələlər barədə məlumat verilməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı