Modern.az

Vaksin alınmasına 47,4 milyon manat xərclənib

Vaksin alınmasına 47,4 milyon manat xərclənib

Aktual

9 Mart 2022, 13:08

Azərbaycan Respublikası tərəfindən öhdəlikli satınalma müqaviləsi üzrə 2 milyon doza COVAX (GAVI) vaksininin alınması üçün ümumilikdə 47,4 milyon manat vəsait ödənilib.

 

Modern.az xəbər verir ki, bu barədə hökumətin hesabatında bildirilir.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) ilə Türkiyə Respublikasının "KEYMEN ILAÇ SANAYI VE TICARET A.Ş." arasında imzalanmış 186,9 mln. manatlıq müqaviləyə əsasan Çin Xalq Respublikasının "Sinovak" Şirkətinin istehsal etdiyi və klinik sınaq mərhələlərini keçmiş COVID-19 vaksininin cəmi 9 mln. vaksin dozası əldə olunub.

 

Həmçinin, 1 mln. doza "AstraZeneca” vaksininin alınması üçün 1.75 mln. manat dəyərində, 300 min doza "Sputnik-V" vaksininin alınması üçün 4 mln. manat dəyərində müqavilələr bağlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı