Modern.az

Macarıstanda ilk dəfə qadın prezident seçilib

Macarıstanda ilk dəfə qadın prezident seçilib

Aktual

10 Mart 2022, 15:03

Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Macarıstan Milli Assambleyası cümə axşamı keçirilən iclasında baş nazir Viktor Orbanın rəhbərliyi altında hakim partiyanın sədr müavini, ailə, gənclər və beynəlxalq əlaqələr naziri Katalin Novakı ölkənin yeni prezidenti seçib.

Ailə, gənclər və beynəlxalq əlaqələr naziri Katalin Novak prezident vəzifəsində ilk qadın olub.

199 deputatdan 137-si onun lehinə səs verib.

44 yaşlı Novakın seçkidəki rəqibi müxalifət koalisiyasının 80 yaşlı namizədi, iqtisadçı Piter Rona olub.

Ölkə pezidenti parlament tərəfindən beş il müddətinə seçilir.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı