Belarus Milli Assambleyasının Nümayəndələr Palatası Belarus-Rusiya hərbi sahədə əməkdaşlığa dair bir sıra sazişləri ratifikasiya edib.
Modern.az xəbər verir ki, bu barədə parlamentin aşağı palatasının mətbuat xidməti məlumat yayıb.
"Hərbi sahədə Belarus-Rusiya əməkdaşlığı məsələlərinə dair "Beynəlxalq müqavilələrin ratifikasiyası haqqında" qanun layihələri qəbul edilib", - rəsmi məlumatda deyilir.
Qanun layihəsi Minskin 2021-ci il oktyabrın 20-də Moskvada imzalanmış müvafiq beynəlxalq müqavilələrə əməl etməyə razılığını ifadə etmək məqsədilə hazırlanıb.