Modern.az

Ombudsman öldürülən qadınla bağlı prokurorluğa müraciət etdi

Ombudsman öldürülən qadınla bağlı prokurorluğa müraciət etdi

Актуально

15 Mart 2022, 17:32

Azyaşlı övladlarıilə birlikdə “Ümid Yeri” Uşaq Sığınacağına yerləşdirilən qadının əri tərəfindən qətlə yetirilməsi ilə bağlı kütləvi informasiya vasitələrindəyayılan məlumat Ombudsman tərəfindən araşdırılaraq nəzarətə götürülüb.

 

Ombudsman Aparatından Modern.az-a verilən xəbərə görə, Ombudsman Aparatı tərəfindən“Ümid Yeri” Uşaq Sığınacağının rəhbərliyi ilə əlaqə saxlanılaraq baş vermiş hadisə barədəətraflı məlumat alınıb, sığınacaqda saxlanılan şəxslərin hüquqlarının müdafiəsi məsələləri müzakirə olunub.Eyni zamandasığınacaqda yaşayan üç azyaşlının vəziyyəti və psixoloji durumu, həmçinin baş vermiş hadisənin sığınacağın digər sakinlərinə təsiri öyrənilib.

 

Məsələnin obyektiv araşdırılması ilə əlaqədar Ombudsman Aparatı tərəfindən Xəzər Rayon Prokurorluğuna müraciət edilib.

 

Ombudsman Səbinə Əliyevanın tapşırığı ilə məsələ nəzarətdə saxlanılacaq və uşaqların hüquqlarının müdafiəsi ilə bağlı zəruritədbirlər görüləcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı