2012-ci ildə yalnız bir dəfə nəşr olunan “Xəzər” dünya ədəbiyyatı jurnalı yeni ildə yeni sayı ilə oxucuların görüşünə gəlib. Məzmun etibarı ilə dəyərli tərcümələr və ədəbi xəbərlər bu dəfə də jurnalın əsas qayəsini təşkil edib.
Jurnalda yer alan “Nobel kürsüsü” guşəsində oxucular Yaşarın tərcüməsində Nobel mükafatı laureatı, İsveç yazıçısı Tumas Tranströmerin “Məni görən xatirələr” əsərindən fraqmentlərlə və Zakir Fəxrinin tərcüməsində şeirləri ilə tanış olacaqlar. “İlahi keçid” səhifəsində Afaq Məsudun tərcüməsində Əbu Hamid əl-Qəzzalinin “Yalnışlıqlardan qurtaran kitab” əsəri verilib. “Servantes mükafatları laureatları”nda bu dəfə Saday Budaqlının tərcüməsində Xuan Karlos Onettinin “Girdab” romanı öz əksini tapıb. “Klassik hekayələr” guşəsində Amerika yazıçısı Herman Melvilin “Mirzə Bartbli” hekayəsi Ülkər Nəsibbəylinin tərcüməsində təqdim olunub. “Müqəddəslər haqqında rəvayətlər” də Zakir Fəxrinin tərcüməsində Fərid əd-din Əttarın “Həzrəti Rəbiyyə Bəsri” haqqındakı rəvayət yer alıb.Elmin Nuri