Modern.az

Kiyev “Dinamo”sunun əfsanəvi futbolçusu Putini söydü

Kiyev “Dinamo”sunun əfsanəvi futbolçusu Putini söydü

Aktual

22 Mart 2022, 16:36

Kiyev "Dinamo"sunun və Ukrayna milli komandasının əfsanəvi futbolçusu və veteran məşqçi Yozef Sabo Rusiya ordusunun ölkəsində başlatdığı müharibə ilə bağlı fikirlərini bölüşüb.


Modern.az xəbər verir ki, Sabo “Futbol XƏBƏRLƏRİ” proqramına müsahibəsində Rusiya prezidenti Vladimir Putindən də danışıb.


"O, dövlətimizə hücum edən alçaq məxluqdur. Xalqımız yalın əllərlə tankların üstünə gedə bilir, amma onlar (ruslar-red.) bu anormal Putinin qarşısını ala bilmədilər? Halbuki, bunu edə bilərdilər!

Arzum odur ki, bütün rusları dövlətimizdən qovsunlar... Mən övladlarıma deyəcəm ki, ruslar kimlərdir... Onlarla dost olmaq mümkün deyil, yalançıdırlar. Bu gün deyirlər ki, guya, biz onlara hücum etmişik.

Dövlətimizdə baş verənlərə görə hər axşam ağlayıram. Budapeştdən və başqa ölkələrdən mənə zəng vurub ora dəvət edirlər. Amma mən imtina etdim, heç yerə getmək istəmirəm. Xəstəxanadan çıxanda ehtiyacı olan insanlara mütləq kömək edəcəm. Yoxsa bacarmaram. Hətta bəlkə mən də əlimə silah aldım, lap sərhədə kimi düşməni qovmaq istərdim.

Putin əclafdır. Düşünürəm ki, onunla danışıq aparmaq mümkün deyil, onu yalnız öldürmək lazımdır, ya da intihar etmək istəsə buna razılıq vermək olar. Əgər normal adamdırsa, o zaman başa düşəcək ki, nələr qarışdırıb. Nə olursa olsun, gec-tez Haaqaya aparılacaq, güllələnəcək. Belə insanlar çox yaşamırlar”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı