Modern.az

Siyavuş Novruzov: “Ermənilər Əkrəm Əylisliyə heykəl qoyacaq”

Siyavuş Novruzov: “Ermənilər Əkrəm Əylisliyə heykəl qoyacaq”

Current

30 Yanvar 2013, 13:38


“Ermənilər Andranikin yerində, ya da yanında Əkrəm Əylislinin heykəlini qoyacaqlar”. Bu sözləri Modern.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bildirib.

YAP-çı deputat Ə. Əylisinin bu yaxınlarda Rusiyanın məşhur ədəbiyyat dərgisi olan “Drujba narodov”da çap olunan “Daş yuxular” romanına münasibət bildirərkən belə deyib:

“Bütün erməni yazıçıları birləşsəydi, dırnaqarası erməni həqiqətlərini rus dilində, beynəlxalq jurnalda dünyaya çatdırmaq istəsəydilər, bunu edə bilməzdilər. Bu qədər azərbaycanlını, türkü, nə qədər çalışsaydılar aşağılasınlar, aşağılaya bilməzdilər. Əkrəm Əylisli bunların hamısını bir dəfəyə eləyib, onların yerinə həll elədi”.
Sevinc İltifatqızı
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı