Modern.az

Dünya çempionatının açılış matçı dəyişdirildi

Dünya çempionatının açılış matçı dəyişdirildi

Aktual

2 Aprel 2022, 09:36

Beynəlxalq Futbol Federasiyası (FIFA) 2022-ci il dünya çempionatının açılış matçı və başlama saatında dəyişiklik edib.

 

Modern.az xəbər verir ki, bu barədə FİFA məlumat yayıb.

 

Belə ki, turnirin açlış matçı noyabrın 21-də Bakı vaxtı ilə saat 14:00-da keçiriləcək və A qrupunda çıxış edən Seneqal və Niderland komandaları qarşılaşacaq.

 

Daha əvvəl açılış matçında eyni qrupdan olan Qətər və Ekvador komandaları qarşılaşmalı idi. Bu matç eyni gündə Bakı vaxtı ilə saat 20:00-a keçirilib.

 

Xatırladaq ki, ötən gün Qətərdə dünya çempionatının püşkatma mərasimi keçirilib. Dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək davam edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı