Modern.az

Baş prokurorun birinci müavini və Eldar Əzizov hadisə YERİNDƏ

Baş prokurorun birinci müavini və Eldar Əzizov hadisə YERİNDƏ

Current

3 Aprel 2022, 05:24

Bakıda partlayışın baş verdiyi əraziyə bir sıra yüksək vəzifəli məmurlar gəliblər. 

 

Modern.az xəbər verir ki, hadisə yerinə baş prokurorun birinci müavini Elçin Məmmədov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Fövqəlada hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və digər rəsmi şəxslər gəliblər.

 

Qeyd edək ki, hadisə Səbail rayonu, Tərlan Əliyarbəyov 9 ünvanında yerləşən gecə klubunda qeydə alınıb. İlkin məlumata görə, partlayış zamanı 1 nəfər ölüb, daha 24 nəfər xəsarət alıb.

 

Partlayış propan qaz balonunun partlaması səbəbindən baş verib.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili yardım briqadaları cəlb edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı