Modern.az

Baydendən Ukrayna ilə bağlı 100 milyonluq TAPŞIRIQ

Baydendən Ukrayna ilə bağlı 100 milyonluq TAPŞIRIQ

Current

6 Aprel 2022, 08:33

ABŞ Prezidenti Co Bayden Kiyevə 100 milyon dollara qədər əlavə hərbi yardım ayırmağı tapşırıb, buna tank əleyhinə sistemlər daxil olacaq.

 

Modern.az-ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti və ABŞ dövlət katibi Entoni Blinkenin yaydığı bəyanatlarda deyilir.

 

Ağ Evdən bildiriblər ki, Bayden ABŞ Dövlət katibinə Ukraynaya yardım məqsədilə ABŞ Müdafiə Nazirliyinin ümumilikdə 100 milyon dollara qədər müdafiə məhsulları və xidmətlərinə, hərbi hazırlıq və təlimə ayrılmaq üçün səlahiyyət verib.

 

Blinkenin bəyanatında qeyd olunub ki, o, sözügedən yardımın “Ukraynanın əlavə tank əleyhinə sistemlərə təcili ehtiyacını ödəmək üçün” verilməsini əmr edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı