Modern.az

“Muğanbank”istiqrazlarının uduş fondu yarım milyon manatı keçdi!

“Muğanbank”istiqrazlarının uduş fondu yarım milyon manatı keçdi!

Aktual

12 Fevral 2013, 10:52

Muğanbank”istiqrazlarının uduş fondu yarım milyon manatı keçdi!

Adsız istiqrazlar üzrə hər tirajın uduş fondu 125 000 AZN artaraq 562 500 AZN-ə çatdı. Artıq növbəti tirajdan başlayaraq uduş fondu aşağıdakı kimi paylaşdırılacaq:

50 000 AZN  - 1uduş,

10 000 AZN  - 2 uduş,

5 000 AZN - 6 uduş,

2500 AZN  - 18 uduş,

1000 AZN - 50 uduş,

500 AZN - 201 uduş,

250 AZN - 632 uduş,

100 AZN - 1090 uduş.

Beləliklə, hər 45 gündən bir keçirilən tirajda uduş əldə edəcək xöşbəxt nömrələrin sayı 2000-ə çatdı.

“Muğanbank” ASC-nin Müşahidə Şurasının üzvi Şaiq Ələkbərovadsız istiqrazlar üzrə tirajın uduş fondunun artırılması təşəbbüsünün müştərilərin real təlabatından irəli gəldiyini bildirmişdir. Belə ki, adsız İstiqrazların mövcud bazarda analoqunun olmaması bu məhsula əhali arasında tələbatının yüksəlməsinə səbəb olmuşdur.

Şaiq Ələkbərov adsız İstiqrazlara tələbatı şərtləndirən digər amillər sırasında bu qiymətli kağızların az riskə məruz qalmalarını, həm də istiqraz sahiblərininhər 45 gündən bir keçirilən tirajda 2000 uduşdan birinə sahib olmaq şansını qeyd etdi.

Uduşların nəticələrinin və tirajın gedişatının bankın rəsmi saytında canlı yayımlandığını vurğulayan Şaiq Ələkbərov, bu prosesin tam şəffaflığını xüsusi ilə qeyd etmişdir. Bank rəsmisinin sözlərinə əsasən yuxarıda göstərilən amillər bu məhsulun etibarlıllığını təmin edərək, ona olan tələbatı dəfələrlə artırmışdır.

“Biz həmişə qeyd etmişik ki,“Muğanbank” ASC istiqrazlara etibarın qaytarılması missiyasının öhdəsindən müvəffəqiyyətlə gəlir”,- deyən bank rəsmisi uduş fondunun yüksək olmasının bundan sonra daha çox istiqraz sahibinə uğur gətirə biləcəyini xüsusilə vurğulamışdır.

Xatırladaq ki, ölkəmizdə yeganə istiqraz məhsulu olan “Adsız istiqrazlar” layihəsini“Muğanbank” ASC həyata keçirib.  Bulayihə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçmişdir. Bank 50 mln.  AZN dəyərində 1mln. istiqraz emissiya edib. 10 illik dövriyyə müddətində 80 tirajın keçirilməsi nəzərdə tutulub.

İstiqraz sahibi istənilən vaxt istiqrazlarını “Muğanbank” ASC-nin istənilən filialına  qaytarıb qiymətli kağızların nominalları üzrə pullarını və üstünə gələn illik faizini götürmək imkanına malikdir. Başqa sözlə desək, bank öz qiymətli kağızlarının likvidliyinitam təmin edir. Bu şərtlər ailə büdcəsinə əlavə investisiya etmək qərarının  verilməsi üçün mühüm əsasdır. 

Növbəti 27-ci tiraj  2013-cü il martın 15-də  Bakı şəhəri, Əhməd Rəcəbli küşəsi 21B ünvanında yerləşən Bankın baş ofisində keçiriləcəkdir.

Ətraflı məlumatı (012) 933 nömrəli telefondan, bankın rəsmi saytından (//www.muganbank.az) və ya “Muğanbank” ASC-nin “Facebook” səhifəsindən əldə etmək olar.

"Muğanbank" – Sizin ailə bankınız!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı