Türkiyənin İraqın şimalında davam etdirdiyi "Pəncə Kilid" antiterror əməliyyatı çərçivəsində pusquya düşən 3 hərbçi şəhid olub.
Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, hücum nəticəsində hərbçilərdən biri həlak olub, 4 nəfər isə yaralanıb. Xəstəxanaya çatdırılan yaralılardan ikisi daha sonra dünyasını dəyişib.
Türkiyə Milli Müdafiə Nazirliyi bölgədə antiterror əməliyyatının davam etdiyini vurğulayıb.