Modern.az

“Azəriqaz” rəhbərliyi sahibkarlarla görüşəcək

“Azəriqaz” rəhbərliyi sahibkarlarla görüşəcək

Aktual

4 May 2022, 17:02

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Bakının Suraxanı rayonunda təşkil olunacaq.

 

Modern.az-ın "Azəriqaz"a istinadən verdiyi məlumata görə, İstehsalat Birliyinin rəhbər şəxsləri paytaxtın Suraxanı rayonunun Hövsan şossesində, ticarət mərkəzinin qarşısında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

 

“Səyyar qəbul otağı” saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı