Modern.az

Kürdə suyun səviyyəsi artıb 

Kürdə suyun səviyyəsi artıb 

Aktual

4 May 2022, 17:26

Son günlər Kür çayında suyun səviyyəsi artıb.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev məlumat verib.

 

Onun sözlərinə görə, aprel ayının sonu, may ayının əvvəli yağan yağıntılarla əlaqədar çaylarda, o cümlədən, Kür çayında sululuq artıb.

 

"Kür çayının ölkəmizə daxil olan hissəsində artım müşahidə olunur. Son dörd gündə suyun səviyyəsində 26 sm artım olub. Bundan başqa, Kür çayına dolayı yolla tökülən Göyçay, Girdiman, Türyançayda da suyun səviyyəsi xeyli artıb.

 

Kür çayının aşağı axınında suyun səviyyəsi xeyli yüksələrək Yevlax məntəqəsində 20 sm, Zərdabda 56 sm, Surrada 25 sm, Şirvanda 8 sm, Salyanda 30 sm-dən çox olub. Bundan başqa, Kürün yuxarı hissəsində sululuğun artması yaxın günlərdə aşağı hissədə çayın səviyyəsinin artması, gözlənilən yağışların yağması Kürdə suyun daha çox artmasına səbəb olacaq", - mərkəz direktoru deyib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı